BAKI, 3 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İran rejiminin zəiflədiyini və onların nüvə silahı əldə etmək astanasına çatmaq əzmində olduqlarını vaxtında müəyyən edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Donald Trampın İranla bağlı xarici siyasətini şərh edərək, onun ölkənin milli təhlükəsizliyini qorumaq məqsədilə təhlükəni önləyən addımlar atdığını bildirib.
O vurğulayıb ki, Trampın bu qərarı tamamilə ABŞ-nin milli maraqlarını qorumaq və yarana biləcək böyük təhdidlərin qarşısını əvvəlcədən almaq məqsədi daşıyıb:
"Donald Tramp İran rejiminin zəiflədiyini gördü. O, onların nüvə silahı əldə etmək astanasına gəlməyə sadiq olduqlarını bilirdi. Prezident millətin təhlükəsizliyini qorumaq üçün bunun zəruri olduğunu hiss etdi və hərəkətə keçmək qərarına gəldi".
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı, ölkənin bir çox yüksək rütbəli rəsmisi öldürülüb. Baş verənlərə cavab olaraq, İran tərəfi ABŞ və İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.