BAKI, 2 mart. TELEQRAF
Fevralın 28-dən etibarən ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində İranda azı 555 mülki şəxs həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, hərbi əməliyyatlar çərçivəsində paytaxt Tehran daxil olmaqla, ölkənin 131 rayonu intensiv bombardmanlara məruz qalıb.