BAKI, 24 fevral. TELEQRAF
“İran nüvə proqramı ətrafında vəziyyətin nizamlanmasında diplomatik üsullara üstünlük verir, amma milli maraqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə də hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani ABŞ ilə ölkəsi arasındakı hərbi-siyasi gərginliyi şərh edərkən deyib.
“İran müharibəyə yox, diplomatiyaya üstünlük verir. Amma müharibə və diplomatiya ləyaqət və milli maraqların qorunması üçün istifadə olunan iki strategiyadır. İstənilən səhv hesablamaların qarşısını almaq üçün bütün çəkindirmə vasitələrindən istifadə edəcəyik”, - o bildirib.