BAKI, 20 fevral. TELEQRAF
ABŞ son üç gündə Yaxın Şərqdə potensial hərbi əməliyyat üçün 39 yanacaqdoldurma təyyarəsi və “Boeing C-17 Globemaster III” daxil olmaqla, 29 ağır hərbi-nəqliyyat təyyarəsi göndərib.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ Hərbi Hava Qüvvələri regiona erkən xəbərdarlıq və idarəetmə təyyarəsi də göndərib.
Hərbi analitik Beki Vasserin fikrincə, ABŞ Yaxın Şərqdə davamlı hərbi kampaniya aparmaq üçün kifayət qədər qüvvə yerləşdirib. Ekspert hərbi qüvvələrin artırılmasının boş təhdid olmadığını iddia edib.