BAKI, 18 fevral. TELEQRAF
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı bir neçə həftə davam edəcək kampaniya formatında, faktiki olaraq, tammiqyaslı müharibə şəklində olacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, söhbət ABŞ və İsrailin birgə əməliyyatından gedir. Kampaniyanın miqyası 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələrdən xeyli böyük olacaq.