BAKI, 18 fevral. TELEQRAF

“Terrorsuz Türkiyə” hədəfimizə doğru həm ehtiyatlı, həm qətiyyətli, həm ölçülü-biçili, həm də sağlam addımlarla irəliləyirik. Xeyirli bir işə başlamışıq, İnşallah, bunu bacaracağıq. Bu güclü iradə hazırda Suriyaya da sirayət edib. Orada “terrorsuz bölgə” ideyamızı dəstəkləyən sevindirici inkişaflar baş verir. Bu da bizi ayrıca məmnun edir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Tam inteqrasiyaya dair addımları anbaan izləyirik. Razılaşmanın icrası üçün zəruri tövsiyələr veririk. Suriya Prezidenti Əhməd Şaraa həqiqətən də Suriyada yoluna inamla davam edir.

Bundan başqa, terrorla mübarizənin təkcə təhlükəsizlik məsələsi olmadığını tez-tez vurğulayıram. Məsələnin hüquqi-ictimai tərəflərini də daim gündəmdə saxlayırıq. Hazırda həm parlament sədrimizlə, həm də müvafiq komissiyadakı həmkarlarımızla bu işi çox ciddi şəkildə irəli aparırıq. Allaha şükürlər olsun ki, bu yolda səbir, ağıl və qətiyyətlə irəliləyirik. İnşallah bu yolun sonunda illər boyu vətənimizə zərər vermiş terror problemi gündəmimizdən əbədi olaraq çıxacaq”, - dövlət başçısı vurğulayıb.