BAKI, 12 fevral. TELEQRAF
“ABŞ Hərbi Dəniz Qüvvələrinin təxminən üçdə birinin Yaxın Şərqdə yerləşdirilməsini təkcə təzyiq rıçağı olduğunu düşünmürəm. Məncə, böyük bir addıma hazırlaşırıq”.
Teleqraf xəbər verir ki, bunu amerikalı siyasi analitik Mark Levin İsrail KİV-ə deyib.
“Əgər ABŞ-nin indiki nəsli bu addımı atmasa, gələcək nəsillər bunu etməyə məcbur qalacaqlar - özü də İranın minlərlə ballistik raketə sahib ola biləcəyi durumda. Bu fürsəti əldən vermək olmaz”, - o bildirib.
Mark Levin İranın Ali rəhbəri Əli Xameneiyə xitabən isə belə söyləyib:
“Səni tutmağa gəlirik. Günlərin sayılıdır. Gizlənsən yaxşı olar, amma biz səni tapacağıq”.