BAKI, 11 fevral. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiq siyasəti ilə qandalları bir az da bərkidib, artıq Tehranın müharibə fondunda pul qalmayıb”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Pet Fallon deyib.
“2020-ci ildə (Trampın birinci dövründə) İranın neft gəlirləri 7,9 milyard dollar olduğu halda, Co Baydenin dövründə bu rəqəm 42 milyard dollardan çox olmuşdu. İran rejimi əlavə 35 milyard dollar hesabına HƏMAS və “Hizbullah” kimi proksi qüvvələr vasitəsilə xaos və dağıntı yaratdı”, - o qeyd edib.