BAKI, 9 fevral. TELEQRAF

“İran ətrafındakı vəziyyətin hərbi yolla həlli heç bir dövlətin təhlükəsizliyini təmin etməyəcək, sülh yolu ilə nizamlama zəruridir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Hesab edirik ki, burda sülh yolu ilə nizamlama olmalıdır. Fələstin məsələsində olduğu kimi, bu prosesdə birbaşa iştirak edən bəzi tərəflərdə hərbi yol tətbiq etmək və rəqibləri tam məğlub etmək istəyi yarana bilər. Amma bu, düzgün yanaşma deyil. Belə cəhdlər yalnız problemləri artırardı, heç bir halda heç bir dövlətin təhlükəsizliyini təmin etməyəcək və məsələni həll etməyəcək.

Buna görə də çinli tərəfdaşlarımızla birlikdə iranlı dostlarımızla daimi təmasdayıq. Bu, bizi narahat edir, İranın gələcəyi barədə qayğı doğurur”, - nazir vurğulayıb.