BAKI, 9 fevral. TELEQRAF
“Təxminən bir ay əvvəl İran rejimi, xalqı və müşahidəçilər ABŞ-nin İrana sürətli və qəti zərbə endirmək və onun cinayətlərinə son qoymaq üçün hərbi qüvvələrini səfərbər etdiyini düşünürdü”.
Teleqraf xəbər verir ki, bunu amerikalı analitik Mark Levin deyib.
“Hazırda İranın danışıqlarda yenidən yanlış hesablamaya yol verməsi, hətta qəsdən danışıqlara açıq olmadığını göstərməsi ehtimalı var. Bağlanacaq istənilən saziş də mənasız olacaq, Tehran ona əməl etməyəcək”, - o bildirib.
Mark Levin vurğulayıb ki, artıq hərəkətə keçməyin vaxtıdır:
“İran xalqının cəsarəti və ABŞ ilə İsrailin hərbi gücü nəzərə alındıqda, İran rejimi ən zəif mövqedədir, hərbi əməliyyatları təxirə salmaq olmaz”.