BAKI, 5 fevral. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp sonda İrana qarşı hərbi əməliyyatlara başlamağa məcbur olacaq”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin İsraildəki keçmiş səfiri Den Şapiro deyib.
Diplomat iki ölkə arasında gözlənilən danışıqların nəticə verməyəcəyini bildirib.
“Tramp İranla uzun danışıqlar aparmaq istəmir, sonda hərbi əməliyyatlara məcbur olacaq”, - Den Şapiro vurğulayıb.