BAKI, 4 fevral. TELEQRAF

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Yunus-Bek Yevkurovun rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Suriyaya gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "SANA" məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətini Suriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Nurettin Nasan qarşılayıp.

Suriya Müdafiə Nazirliyi bir neçə gün davam edəcək bu səfərin məqsədinin iki ölkə arasında hərbi əməkdaşlığı inkişaf etdirmək və ortaq strateji maraqlar çərçivəsində koordinasiyanı gücləndirmək olduğunu bildirib.