BAKI, 3 fevral. TELEQRAF

“İranda Ermənistana mənfi təsir göstərə biləcək hadisələrə hazırlıq görülür”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan deyib.

Onun sözlərinə görə, İranla bağlı hazırda üç mümkün ssenari müzakirə olunur: qoşunların iştirakı ilə İranda hərbi əməliyyat, hava zərbələri və ritorik çağırışlar.

“Bu üç ssenarinin hamısı müzakirə olunur və sistemimizi düzgün şəkildə konfiqurasiya edərək, hazırlıq görürük”, - Qalstyan bildirib.