BAKI, 31 yanvar. TELEQRAF

İŞİD terror təşkilatının 950-dən çox keçmiş döyüşçüsü Suriyadakı həbsxanalardan İraq ərazisinə köçürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.

Telekanalın bildirdiyinə görə, ABŞ indiyədək Suriyadan İraqa 953 İŞİD-çi nəql edib. İraqa gətirilən keçmiş yaraqlıların əksəriyyəti iraqlı deyil, başqa ölkələrin vətəndaşlarıdır. “Al Hadath” qeyd edib ki, növbəti sutka ərzində Suriyadan daha 150 keçmiş İŞİD üzvünün İraqda terrorçular üçün nəzərdə tutulmuş xüsusi saxlanma yerlərinə köçürülməsi gözlənilir.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bundan əvvəl açıqlamışdı ki, Suriyadan İraqa köçürüləcək İŞİD-çilərin sayı 7 minə çata bilər.