BAKI, 26 yanvar. TELEQRAF
“Bu dəfə ilk hücum edən İran ola bilər”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandirlərindən Hüseyn Kənani Müqəddəm deyib.
“Donald Tramp böyük risklərdən çəkinir, blef etməyi sevir. Amma hazırda əsas məqsədi İslam Respublikası qarşısında oyunu uduzmamaqdır”, - o qeyd edib.
Müqəddəm vurğulayıb ki, İran bu dəfə ABŞ və İsrailin hücum etməsini gözləməyəcək: “Əgər qarşıdakı 24-48 saat ərzində hücumun planlaşdırıldığını müəyyən etsək, qabaqlayıcı zərbələr endirəcəyik”.