BAKI, 22 yanvar. TELEQRAF

“İrana qarşı istənilən hücum ABŞ-nin bütün hərbi bazalarını bizim üçün legitim hədəfə çevirəcək”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın İrana qarşı təhdidlərindən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Qərargahının komandanı Əli Abdullahi deyib.

“ABŞ istənilən yanlış hesablamanın nəticələrindən çox yaxşı xəbərdardır. İran ərazisi, təhlükəsizliyi və maraqlarına qarşı istənilən təcavüz ABŞ-nin bütün maraqları, bazaları və təsir mərkəzlərini İran Silahlı Qüvvələri üçün legitim, qəti və əlçatan hədəflərə çevirəcək.

İranın cavabı ABŞ və İsrailin təsəvvür edə biləcəyindən qat-qat daha sürətli, daha dəqiq, daha dağıdıcı olacaq”, - o vurğulayıb.