BAKI, 21 yanvar. TELEQRAF

ABŞ Yaxın Şərqdə hərbi hazırlığını gücləndirməyə davam edir. ABŞ Hərbi Komandanlığının Mərkəzi Komandası (CENTCOM) bölgəyə əlavə döyüş təyyarələri göndərdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Kanal 12” (İsrail) məlumat yayıb.

CENTCOM bildirib ki, bu addım hərbi hazırlığı artırmaq, bölgədə sabitliyi qorumağa kömək etmək və hava-dəniz qüvvələrinin gücləndirilməsi çərçivəsində atılıb.

Məlumatda bildirilir ki, Qərb kəşfiyyat orqanları ilk dəfə olaraq İran təhlükəsizlik qüvvələrinin sıralarında çatların əmələ gəlməsinə dair əlamətlər aşkarlayıblar. Mənbələrə görə, minlərlə zabit İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və “Bəsic” Təşkilatından ayrılıb.

“İsrailin qiymətləndirməsinə görə, İran rejimi artan təzyiq altındadır, bu fonda küncə sıxılıb”, - kanal qeyd edir.