BAKI, 21 yanvar. TELEQRAF
Suriyanın keçmiş vitse-prezidenti (1984-1998), keçmiş prezident Bəşər Əsədin əmisi Rıfat Əsəd 88 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə “Syria” TV məlumat yayıb .
Kanal ölümün səbəbləri barədə ətraflı məlumat verməyib.
Rıfat Əsəd 1971-2000-ci illərdə Suriyanı idarə edən keçmiş prezident Hafiz Əsədin kiçik qardaşıdır. O, uğursuz çevriliş cəhdindən sonra 1984-cü ildən xaricdə yaşayıb, eyni zamanda nominal olaraq dövlət vəzifəsini tutmağa davam edib. 2021-ci ildə Bəşər Əsəd əmisinin siyasi fəaliyyətdən uzaq durmaq şərti ilə vətəninə qayıtmasına icazə verib.
Rıfat Əsədə qarşı İspaniya, Fransa və İsveçrədə korrupsiya və müharibə cinayətləri ittihamları ilə məhkəmə iddiaları qaldırılıb. Amma səhhətinin pis olması səbəbindən məhkəmə prosesi dayandırılıb. 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra Beyruta köçüb.