BAKI, 21 yanvar. TELEQRAF

Ukrayna Ali Radasının deputatlarına rüşvət verməkdə ittiham olunan müxalif “Batkivşina” partiyasının sədri Yuliya Timoşenko məhkəmənin onun üçün təyin etdiyi girov məbləğini toplamaq üzərində işlədiyini və pulun yanvarın sonuna qədər yığılacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.

“Düzünü desəm, mənim bu cür şəxsi maliyyəm yoxdur. Hazırda həmin vəsaiti verə bilmərəm. Amma bilirəm ki, bütün komandam, müavinlərim, partiya üzvləri və bütün regional təşkilatıar, bütün partiya mənim həbs edilməməyim barədə düşünür”, - partiya sədri vurğulayıb.

Kiyev məhkəməsi yanvarın 16-da “Batkivşina” partiyasının sədrinə qarşı qətimkan tədbiri kimi 33,3 milyon qrivna (təxminən 760 min dollar) həcmində girov təyin edib.

Ukrayna Korrupsiyaya qarşı Mübarizə Bürosu yanvarın 14-də Yuliya Timoşenkonun ofisində axtarış aparıb. O, qanun layihələri üzrə səsvermə üçün Ali Rada deputatlarına rüşvət verməkdə ittiham olunur.