BAKI, 14 yanvar. TELEQRAF

“İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) raket qüvvələri düşmənin istənilən addımına hazırdır”.

Teleqraf xəbər verir ki, bunu SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi deyib.

General bildirib ki, raket istehsalı genişləndirilib, 12 günlük müharibə zamanı dəyən bütün zərərlər tam bərpa olunub:

“Qüvvələr tam döyüş hazırlığı vəziyyətindədir və İran əleyhinə istənilən təcavüzə, o cümlədən İsrail və ABŞ tərəfindən ola biləcək hərəkətlərə qəti cavab verməyə qadirdir”.