BAKI, 14 yanvar. TELEQRAF
“İran rejimi yaxın zamanda baş verə biləcək çöküşlə üz-üzədir, qarşıdakı proseslər region və İsrailin gələcəyini tamamilə dəyişə bilər”.
Teleqraf xəbər verir ki, bunu İsrailin Müdafiə və Təhlükəsizlik Forumunun rəhbəri Amir Aviv deyib.
“Yaxın vaxtlarda ABŞ-nin rəhbərliyi altında, İsrailin iştirakı və etirazçıların dəstəyi ilə genişmiqyaslı hərbi əməliyyatın şahidi ola bilərik. İran rejiminin yaşamaq üçün şansı qalmayıb”, - o vurğulayıb.