BAKI, 7 yanvar. TELEQRAF

Səudiyyə Ərəbistanının Yəmənin Dali vilayətini bombalamasından və Aydarus əl-Zübeydinin naməlum istiqamətə getdiyini açıqlamasından sonra “Cənub Keçid Şurası” bəyan edib ki, onun sədri hazırda Ədəndədir.

Teleqraf xəbər verir ki, şura ciddi dialoq üçün şərt kimi bombardmanın dayandırılması və Ər-Riyadda olan nümayəndə heyətinin təhlükəsizliyinin təmin edilməsini tələb edir.

Səudiyyə Ərəbistanı bundan əvvəl bəyan etmişdi ki, “Cənub Keçid Şurası”nın sədri Aydarus əl-Zübeydi naməlum istiqamətə gedib, gözlənilən səfərlə Ər-Riyada yollanmayıb. Açıqlamaya görə, o, bölgəni şuraya özü barədə heç bir məlumat vermədən tərk edib.

Qeyd edək ki, “Cənub Keçid Şurası” Yəmənin cənub-şərqində fəaliyyət göstərir. BƏƏ tərəfindən dəstəklənən şura Səudiyyə Ərəbistanı tərəfindən qəbul olunmur.