BAKI, 5 yanvar. TELEQRAF

İranın Ali dini rəhbəri Əli Xamenei ölkədə etirazların güc strukturları tərəfindən nəzarət altına alınmaması ehtimalına qarşı fövqəladə evakuasiya planı hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" nəşri kəşfiyyat hesabatlarına istinadla məlumat yayıb.

Bildirilib ki, 86 yaşlı Xamenei ordunun və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyi və ya verilən əmrləri yerinə yetirmədiyini görəcəyi təqdirdə, yaxın ətrafından 20 nəfər, köməkçi və ailə üzvləri ilə birlikdə Tehrandan qaçmağı planlaşdırır.

Məlumata görə, Xameneinin mümkün qaçış istiqaməti Moskva olacaq. Qeyd edilib ki, sözügedən plan Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin ölkədən qaçışı təcrübəsi əsasında hazırlanıb.