BAKI, 31 dekabr. TELEQRAF
İranın Ali dini rəhbəri Əli Xamenei Əhməd Vahidini İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini təyin edib.
Teleqraf xəbər verir ki, o, İranda insanın hüquqlarının kobud şəkildə pozulmasında iştirakına görə tanınır, Argentinada Yəhudi İcmasının Mərkəzində (AMIA) baş vermiş partlayış işi üzrə təqsirləndirilənlər sırasındadır.
Argentina məhkəməsinin sübutlarına əsasən, Əhməd Vahidi 1994-cü ilin iyul ayında Buenos-Ayresdə AMIA-da törədilmiş terror aktının planlaşdırılması və icrasında birbaşa rol oynayıb. Həmin hücum nəticəsində 85 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.
Argentina ədliyyə orqanları Vahidinin rolunu təsdiqləyib, 2006-cı ildə onun barəsində beynəlxalq axtarış orderi verib. Bir il sonra isə Beynəlxalq Polis Təşkilatı (Interpol) onun adını beynəlxalq axtarışda olan şəxslər siyahısına daxil edib.