BAKI, 30 dekabr. TELEQRAF
Sosial-iqtisadi etiraz aksiyalarının üçüncü günündə İranın bəzi bölgələri və paytaxt Tehranda iş yerləri aidiyyəti qurumlar tərəfindən bağlanıb.
Teleqraf xəbər verir ki, hökumət etirazların böyüməsinin qarşısını almaq üçün regionlarda təhlükəsizlik tədbirlərini gücləndirib.
Tehran, Qum, Həmədan, Əlborz və Xorasan Rəzəvi kimi əyalətlərin rəsmiləri dövlət və ictimai müəssisələrin bağlanacağını açıqlayıblar.
Bağlanmalar “soyuq hava” ilə izah edilir.
Etirazların daha da şiddətləndiyi bildirilir.