BAKI, 30 dekabr. TELEQRAF
“İran xalqı azadlıq istəyir və illərdir ayətullahların hakimiyyəti altında əziyyət çəkir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Ualts İrandakı etiraz aksiyaları barədə bildirib.
“Tehran küçələri və ölkə daxilində xalqla birlikdəyik, onlara iqtisadi durğunluq və müharibədən başqa bir şey gətirməyən bir rejimə qarşı etirazçıları dəstəkləyirik”, - o vurğulayıb.