BAKI, 30 dekabr. TELEQRAF
“İran xalqı mollalar və yaxınlarının yox, onun maraqlarına xidmət edən bir hökumətə layiqdir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo İranda davam edən etirazlara və ölkə miqyasında tətillərə cavab olaraq bildirib.
“İran xalqının iqtisadiyyatın çökməsinə etiraz olaraq küçələrə çıxması təəccüblü deyil. İran hökuməti ekstremizm və korrupsiya vasitəsilə dinamik və çiçəklənən bir ölkəni məhv etdi”, - o qeyd edib.