BAKI, 27 dekabr. TELEQRAF
“İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) düşmənlərin hücumuna hazırdır”.
Teleqraf xəbər verir ki, bunu SEPAH-ın “Sərallah” Qərargahı rəisinin müavini Hüseyn Nejad deyib.
“Düşmənlər bilməlidirlər ki, İnqilab Keşikçiləri Korpusu Tehranda möhkəm bir dağ kimi dayanıb, xalq və İslam Respublikası sisteminin təhlükəsizliyini pozmaq fikrinə düşən hər cür təhdid və hərəkətə qarşı sarsıdıcı və qəti cavab verməyə hazırdır”, - o qeyd edib.