BAKI, 27 dekabr. TELEQRAF

İranın keçmiş diplomatı Məhəmmədhəsən Qədiri Abyanənin oğlu Əhməd Qədiri Tehranın nüvə silahı əldə etməyə çalışdığını etiraf edib.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

İranlı Tehranın bu yöndəki səylərinə verdiyi dəstəyə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.

“İranın nüvə silahı əldə etməyə çalışdığını bildiyi halda, bunu İran və iranlıların qanuni haqqı kimi qəbul edərək, hərbi və kəşfiyyat sahələrində əməkdaşlıq, AEBA, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında bir çox qətnamələrə qarşı çıxmaq və 2231 saylı qətnamənin başa çatdığını elan etmək kimi siyasi dəstəkləri davam etdirdiyinə görə Putinə təşəkkür edirəm”, - o bildirib.

Əhməd Qədiri Abyanə beynəlxalq hüquq sahəsində tədqiqatçı kimi fəaliyyət göstərir.