BAKI, 26 dekabr. TELEQRAF
Suriyanın Homs şəhərindəki şiə məscidində baş verən partlayış nəticəsində ən azı 5 nəfər ölüb, 9 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
İlkin məlumata görə, hücum cümə namazı zamanı Vadi Zəhab məhəlləsindəki “İmam Əli” məscidinə daxil olan kamikadze tərəfindən törədilib.
Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.


***
14:37
Bir terrorçu Suriyanın Homs şəhərində “İmam Əli” məscidində keçirilən ibadət zamanı partlayış törədib.
Teleqraf xəbər verir ki, bu barədə “Sham TV” məlumat yayıb.
Kanal bildirib ki, terror aktı nəticəsində həlak olan və yaralanlar var.
Tələfatın sayı açıqlanmayıb.