BAKI, 25 dekabr. TELEQRAF
“Əgər müəyyən qədər respublika meyarlarına cavab verən və İslamın xalqın tələbi, insan hüquqları və hakimiyyətin xalq institutları qarşısında məsuliyyətinə uyğun təfsirinə malik bir İslam respublikamız olsa, bir çox problemlərimiz həll olunacaq”.
Teleqraf xəbər verir ki, bunu İranın keçmiş prezidenti Məhəmməd Xatəmi deyib.
“İnanıram ki, istər ölkə daxilində, istərsə də xaricdə, İslam Respublikasına elə bir obraz və tərif vermək olar ki, bizi mövcud problemlərlə üz-üzə qoymasın. Bu sistem bütün çatışmazlıqları və qüsurlarına baxmayaraq kənara çəkilsə, İranın taleyi indiki vəziyyətdən qat-qat acı olar. Separatizm, xarici müdaxilə və cəhdlər İranı məhv edə bilər”, - o qeyd edib.