BAKI, 6 dekabr. TELEQRAF
ABŞ Dövlət Departamenti Avstraliyanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması qərarını alqışlayıb.
Teleqraf xəbər verir ki, Amerikanın xarici siyasət qurumu İranın hələ də dünyanın ən böyük dövlət sponsorlu terrorizmin himayədarı olaraq qaldığını bildirib.
Dövlət Departamenti qeyd edib ki, İran SEPAH-ın “Qüds” Briqadası və “Hizbullah”, HƏMAS və digər transmilli cinayətkar təşkilatlar da daxil olmaqla, öz proksi qüvvələri vasitəsilə dünyanın bir çox yerində hücum və terror fəaliyyətlərini maliyyələşdirib və yönəldib.
Qurum Donald Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq siyasətinin davam etdiyini vurğulayaraq, bütün ölkələri Tehran rejimini məsuliyyətə cəlb etməyə və öz ərazilərində onun agentləri, silahlıları, maliyyə təminatçıları və proksi qruplarının fəaliyyətinə mane olmağa çağırıb.