BAKI, 4 dekabr. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ Hərbi Donanmasına xəbərdarlıq mesajı kimi Bəsrə körfəzində təlimlərə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.

SEPAH Hərbi Dəniz Qüvvələrinin təlimləri 4-5 dekabr tarixlərində keçiriləcək.

Bəyanatda bildirilir ki, təlimlər Hərbi Dəniz Qüvvələrinin körfəzdəki ABŞ gəmilərinə xəbərdarlıq xarakteri daşıyır.