BAKI, 4 dekabr. TELEQRAF

İraq hökuməti Livanın “Hizbullah” və Yəmənin “Ənsarallah” (husilər) qruplaşmalarını terror təşkilatları siyahısına salıb.

Teleqraf xəbər verir ki, bu barədə İraq KİV məlumat yayıb.

Bildirilib ki, sözügedən qruplar terror təşkilatı kimi təsnif edildiyi üçün İraq hakimiyyəti tərəfindən aktivləri dondurulan təşkilatlar siyahısına əlavə edilib.

Qərara əsasən, İraqın bütün bankları, maliyyə qurumları və müvafiq dövlət orqanları siyahıya daxil edilən şəxslər və təşkilatlara məxsus daşınar-daşınmaz əmlakı dondurmalı, habelə onlarla istənilən birbaşa və ya dolayı maliyyə və ya bank əməliyyatlarını növbəti bildirişədək qadağan etməlidirlər.