BAKI, 25 noyabr. TELEQRAF
“Terrorsuz Türkiyə hədəfinin ən ciddi ünvanlarından biri İmralıdır (PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan – red.).
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Türkiyə Böyük Millət Məclisində qurulan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının ötən cümə günü İmralıya getmək üçün verdiyi qərara uyğun olaraq MHP, AKP və DEM Partiyasından bir millət vəkilinin adaya getməsi tarixi bir hadisədir. CHP və komissiyada yer alan digər partiyalar İmralıya getməkdən imtina ediblər. Olsun, getməsinlər, problem deyil. Qorxaraq yaşayanlar sadəcə həyatı kənardan seyr edər. Biz seyirçi deyilik. Qəlbimizlə, vicdanımızla Terrorsuz Türkiyə prosesini dəstəkləyirik”, - MHP lideri bildirib.
Xatırladaq ki, Dövlət Baxçalı noyabrın 18-də ehtiyac olacağı təqdirdə İmralı həbsxanasında Abdullah Öcalanla görüşə biləcəyini açıqlamışdı.