BAKI, 19 noyabr. TELEQRAF

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Fars” informasiya agentliyi İsrailin xəritəsinin şəklini dərc edərək, İrana yenidən hücum olacağı təqdirdə ölkənin “15 həssas mərkəz”inin raketlərlə darmadağın ediləcəyi ilə hədələyib.

Teleqraf xəbər verir ki, İran raketlərinin hədəfi kimi bəzi mərkəzlər, o cümlədən neft emalı zavodları, elektrik stansiyaları və neft-qaz yataqları qeyd olunub.

Agentliyin yazdığına görə, bu mərkəzlərə Karış qaz yatağı, Tamar qaz yatağı, Hayfa neft emalı zavodu, Aşdod neft emalı zavodu, Haqit elektrik stansiyası, Xaltz neft yatağı, Aşkelon neft terminalı və anbarı, Eylat neft terminalı və anbarı daxildir.