BAKI, 22 oktyabr. TELEQRAF
Qərb İranda rejim dəyşikliyinə küçə nümayişləri ilə nail olmaq istəyir.
Teleqraf xəbər verir ki, bu barədə “Iran International”ın müxbiri Samirə Qaraeyi məlumat verib.
Jurnalist Tehrandakı mənbələrə istinadla Qərbin anti-İran sanksiyalarının məqsədyönlü olduğunu bildirib.
“Tehranın qiymətləndirməsi budur ki, Qərbin maksimum təzyiqdən istifadə etməkdə və BMT Təhlükəsizlik Şurasının sanksiyalarını geri qaytarmaqda məqsədi iqtisadi təhlükəsizliyi pozmaq və küçə etirazları yaratmaqla İranın süqutuna gətirib çıxarmaqdır”, - Qaraeyi söyləyib.
KİV Qərbin əsas hədəfin Əli Xameneinin rəhbərlik etdiyi rejimi devirmək olduğunu iddia edib.
Qeyd edilib ki, Tehran sanksiyaların davam etməsi fonunda iqtisadi çöküşdən narahatdır: “Tehranda hesab edirlər ki, ABŞ, onun Qərbdəki digər müttəfiqləri və İsrail sanksiyaları gücləndirməklə daxili iğtişaşları qızışdırmağa və hökuməti devirməyə çalışır”.