BAKI, 13 oktyabr. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəs sazişinin imzalanması ilə bağlı Misirdə keçirilən "Sülh Sammiti"ndə iştirak etməyəcək.

Teleqraf xəbər verir ki, o, bu barədə ABŞ Prezidenti Donald Tramp ilə görüşü zamanı bildirib.

Benyamin Netanyahu deyib ki, sammitin keçirildiyi tarix yəhudi bayramı Simxat Tora (Tövratın sevinci) ilə üst-üstə düşdüyü üçün tədbirdə iştirak edə bilməyəcək.