BAKI, 13 oktyabr. TELEQRAF

Qəzzada ikinci girov qrupu HƏMAS tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verilib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, təhvil verilən girovların sayı on üç nəfərdir.

Qeyd edək ki, bundan əvvəl HƏMAS ilk yeddi girovu da Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.

***

09:19

Qəzzada ilk girov qrupu HƏMAS tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verilib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Aqsa" telekanalı məlumat yayıb.

Bildirilib ki, təhvil verilən girovların sayı yeddi nəfərdir.

Girovların təhvil verilməsi prosesi saat 11:00-da başa çatacaq.