BAKI, 7 oktyabr. TELEQRAF
Suriya müdafiə naziri Murhaf əbu Kəsra PKK terror təşkilatının qanadı Suriya Demokratik Qüvvələri (SDQ) ilə bütün təmas xətti üzrə dərhal atəşkəs barədə razılığın əldə edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Suriya Prezidenti Şaraa bu gün Dəməşqdə SDQ lideri Fərhad Abdi Şahin (Mazlum Kobani) ilə görüşüb.
Müdafiə naziri bundan sonra verdiyi açıqlamada tərəflərin atəşkəs üzrə razılığa gəldiyi bildirilib.
“Dəməşqdə cənab Mazlum Abdi ilə görüşdük və Suriyanın şimal və şimal-şərqində bütün bölgələrdə hərtərəfli atəşkəs və hərbi yerləşdirmə məntəqələrinə dair razılığa gəldik və bu razılaşmanın dərhal həyata keçirilməsinə qərar verdik”, - əbu Kəsra vurğulayıb.
Xatırladaq ki, mart ayında Əhməd Şaraa ilə Mazlum Kobani arasında SDQ-nin Suriya ordusuna inteqrasiyasına dair razılaşma imzalanıb. Anlaşma hələlik yerinə yetirilməyib.