BAKI, 30 sentyabr. TELEQRAF
“İranın nüvə silahı əldə etmək niyyəti və planı yoxdur”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Həqiqət budur ki, bizim heç vaxt nüvə silahına sahib olmaq istəyimiz olmayıb. Biz bunu 2015-ci ildə ABŞ də daxil olmaqla P5+1 ölkələri ilə müvafiq sazişi (JCPOA) imzalayanda sübut etdik. Bəli, sübut etdik ki, nüvə silahı əldə etməyə çalışmırıq”, - nazir bildirib.