BAKI, 23 sentyabr. TELEQRAF
Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.
Teleqraf xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Tacikistan millisi ilə üz-üzə gələcək.
Bakıda yerləşən “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Bu görüş Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunları öncəsi son sınağı olacaq.
Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.