BAKI, 26 sentyabr. TELEQRAF
“İranın bütün zənginləşdirilmiş uran ehtiyatları məhv edilməlidir”.
Teleqraf xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı İsrail Baş nazir Binyamin Netanyahu deyib.
O xatırladıb ki, İsrail bundan əvvəl İranın nüvə proqramına ciddi ziyan vurub.
“Amma hələ də ayıq-sayıq olmalıyıq. İranın hərbi nüvə potensialını bərpa etməsinə imkan verməməliyik. İranın zənginləşdirilmiş uran ehtiyatları var. Bu ehtiyatlar məhv edilməli və sabah BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları bərpa edilməlidir”, - Netanyahu qeyd edib.
Həmçinin o vurğulayıb ki, İsrail İraqda fəaliyyət göstərən (İrana bağlı) silahlı qruplaşmaların ölkəsinə hücum edəcəyi təqdirdə onları məhv etməyə hazırdır:
“İraqdakı bu silahlı qruplaşmalar hələ də saxlanılır. İsrailə hücum etsələr, onlar və liderləri məhv ediləcək”.