BAKI, 25 sentyabr. TELEQRAF

İsrailin Baş naziri Bİnyamin Netanyahu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Fələstin dövlətini tanıyan dünya liderlərini qınayacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Nyu-Yorka səfəri öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“BMT Baş Assambleyasında mən bizim həqiqətlərimizi - İsrail vətəndaşları, İsrail Müdafiə Qüvvələrinin əsgərləri və ölkəmiz haqqında həqiqətləri söyləyəcəyəm”, - o deyib.

Baş nazir Nyu-Yorka səfəri çərçivəsində ABŞ lideri Donald Trampla görüşəcəyini əlavə edib.

“Vaşinqtonda mən dördüncü dəfə ABŞ Prezidenti Donald Trampla görüşəcəyəm və onunla qələbələrimizin gətirdiyi böyük fürsətləri, eləcə də müharibənin məqsədlərini - bütün girovlarımızın geri qaytarılmasını, HƏMAS-ın məğlub edilməsini və İrana qarşı tarixi qələbədən sonra açılan sülh perspektivlərinin genişləndirilməsini müzakirə edəcəyəm”, - Netanyahu əlavə edib.