BAKI, 16 sentyabr. TELEQRAF
“Yerusəlim (Qüds) İsrailə məxsusdur və həmişə də belə olacaq”.
Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.
“Bu, bizim şəhərimizdir, cənab Ərdoğan, sizin deyil. O, həmişə bizim olacaq”, - Netanyahu qeyd edib.
İsrail KİV-in yazdığına görə, baş nazirin sözləri 2020-ci ildə parlamentdə çıxışı zamanı Qüdsün vaxtilə Osmanlı İmperiyasının tərkibində olduğunu bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanıb.
Prezident Ərdoğan 2020-ci ilin oktyabrında Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında Qüdsün Osmanlı mirasına və müsəlman dünyasına aid olduğunu söyləmişdi.
Türkiyə lideri “Qüds bizim şəhərimizdir, bizdən bir şəhərdir” deyərək, Osmanlı dövründə ora verilən önəmi vurğulamışdı.