BAKI, 27 avqust. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyi İsrail Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı”nı tanınması ilə bağlı açıqlamasına cavab verib.
Teleqraf xəbər verir ki, qurum İsrail rəhbərini tarixi faktları təhrif etməkdə ittiham edib.
“Tarixi və hüquqi faktlara uyğun gəlməyən bu bəyanatı qınayır və rədd edirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Türkiyə qurumu B.Netanyahunu Qəzza zolağında baş verənləri bu kimi məsələlərlə ört-basdır etməkdə ittiham edib.