BAKI, 23 avqust. TELEQRAF
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin E1 məskunlaşma layihəsini təsdiqləməsini qınayır.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinin ciddi pozuntusu olan bu addım ədalətli və hərtərəfli sülhə nail olmaq və müstəqil Fələstin dövlətinin qurulması üçün regional və beynəlxalq səylərə ciddi zərbə vurur”, - XİN bəyan edib.
Qeyd edək ki, E1 zonası Qüds və İsrailin Maale-Adumim şəhərləri arasında yerləşən 12 km² ərazini əhatə edir.
İsrailin E1 planı əsasən, bu ərazidə 3 500-15 000 yaşayış obyektinin tikintisi nəzərdə tutulub. Proqram Maale-Adumi və Qüsd şəhərlərinin birləşdirilməsini nəzərdə tutur.