BAKI, 18 avqust. TELEQRAF
Qəzza zolağının şimalında Fələstinin HƏMAS hərəkatı ilə İsrail Müdafiə Qüvvələri (SAXAL) arasında baş verən döyüşlər zamanı SAXAL-ın bir zabiti və bir əsgəri yaralanıb.
Teleqraf xəbər verir ki, hərbçilər xəstəxanaya çatdırılıb.
Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.