BAKI, 15 avqust. TELEQRAF
İran İsrailin keçmiş ədliyyə naziri Ayelet Şakedin telefonuna haker hücumu edib.
Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, Yamina partiyasının keçmiş liderinin telefonuna haker hücumu üçün bir neçə dəfə cəhd edilib və sonda cəhdlər uğurla nəticələnib.
İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) təxminən iki həftə sonra keçmiş naziri bununla bağlı məlumatlandırıb.
Xatırladaq ki, Şaked siyasi səhnəni 2022-ci ildə tərk edib.