BAKI, 31 iyul. TELEQRAF

Tehranla nüvə danışıqlarının yenidən başlanması üçün ABŞ əvvəlcə İranın nüvə obyektlərinə endirilən zərbələrə görə dəymiş ziyanı kompensasiya etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, ABŞ danışıqların getdiyi vaxtda niyə hücum etdiyini izah etməli və bu cür hadisələrin təkrarlanmayacağına zəmanət verməlidir.

"ABŞ İrana vurduğu ziyana görə təzminat ödəməlidir",- diplomat qeyd edib.